Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Bakı Ali Neft Məktəbinə bu il 100 tələbənin qəbulu nəzərdə tutulub

 

 İyulun 25-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov çıxış edərək bu ali təhsil ocağının Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə ARDNŞ-in strukturunda yaradıldığını bildirmişdir. Qeyd etmişdir ki, bu ilin sentyabr ayında "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 100 tələbənin məktəbə qəbulu nəzərdə tutulmuşdur.

Böyük Britaniyanın "Heriot-Vatt" Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu və həmin universitetin tədris proqramlarının tətbiqinə başlanıldığını bildirən E.Qasımov məhz bu səbəbdən məzunlara iki diplom veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, BANM üçün ayrılmış Xocalı prospekti, 30 ünvanında yerləşən binada hazırda təmir işləri aparılır, həmçinin tədrisin təşkili üçün zəruri infrastrukturun yaradılması, idarəetmə və professor-müəllim heyətinin formalaşdırılması istiqamətində də işlər görülmüşdür.

Rektor son 4 ayda BANM-a tələbə qəbulu ilə bağlı məktəblərdə, liseylərdə XI sinif şagirdləri ilə görüşlərin keçirildiyini, "Abituriyent" jurnalının 1-3-cü saylarında və televiziya kanallarında informasiya xarakterli aksiyaların təşkil edildiyini və qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin ali məktəbin tələbələrinin sırasına qoşulacağına ümidvar olduğunu bildirmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov