Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

M.F.Axundzadənin 200 illiyinə həsr edilmiş elmi konfrans

 

Lənkəran Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş elmi konfrans  kecirilmişdir.

Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq yubileylə əlaqədar ali məktəbdə görülmüş hazırlıq işlərindən danışmışdır.

Universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas "M.F.Axundzadənin həyat və yaradıcılığı" mövzusunda məruzə etmişdir.

LDU-nun müəllimlərindən filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı "M.F.Axundzadənin dini-fəlsəfi görüşləri", tarix elmləri üzrə fəlsəfə doktoru Əliağa Baxşıyev "M.F.Axundzadənin tarixi görüşləri", baş müəllim Qabil Əmənüllayev "M.F.Axundzadənin dramaturgiyası", Zülfiyyə Ağayeva "M.F.Axundzadə rus ədəbiyyatşünaslığında", Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Ağabanu Məmmədova "M.F.Axundzadənin tərcüməçilik fəaliyyəti", Boladi kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi  Yalçın Heydərov "M.F.Axundzadənin realist nəsri", magistrant Vüsalə Axundova "M.F.Axundzadə yaradıcılığı Avropada" mövzularında çıxışlar etmişlər. 

Sonra tələbələrin iştirakı ilə ingilis dilində M.F.Axundzadənin "Hacı Qara" əsərindən parçalar göstərildi.

Tədbirin sonunda konfrans  iştirakçıları  universitet Elmi kitabxanasının M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar təşkil etdiyi kitab sərgisinə baxmışlar. 

Hacı Etibar  ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya mərkəzinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov