Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

ADU-nun rektoru Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

 

İyulun 16-da ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov diplomatik missiyasının sona yetməsi ilə əlaqədar Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Hanla görüşüb. Səfiri universitetdə görməkdən məmnunluğunu dilə gətirən Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini vurğuladı. O, Azərbaycan - Koreya münasibətlərinin inkişafında səfirin rolunu yüksək qiymətləndirdi və onu əvəzləyəcək səfirin də bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu dedi. Koreya universitetləri ilə Azərbaycan Dillər Universitetinin çox səmərəli əməkdaşlıq etdiyini bildirən rektor Səməd Seyidov universitetdə Koreya dili kafedrasının  fəaliyyət  göstərdiyini,  tərcümə  fakültəsində bu dilin tədris olunduğunu bildirdi. Bu məqsədlə Koreyadan mütəxəssis müəllimlərin  universitetə  dəvət  olunduqlarını  da  sözlərinə  əlavə  etdi.  Bu  istiqamətdə Koreyanın bir sıra mədəniyyət mərkəzləri, institutları ilə əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı olduqlarını söylədi.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha iki ölkə arasında yaradılan diplomatik əlaqələrin dinamik inkişaf etdiyini bildirdi. Səfir Li Ci Ha ADU və Koreya universitetləri ilə əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Bu əlaqələrin davam və inkişaf etdirilməsinə inamını ifadə etdi. O, öz həmkarının da bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etdiyini söylədi.

Görüşün sonunda səfir Li Ci Ha ADU-ya xatirə hədiyyəsi təqdim etdi.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov