Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

"Məktəb şagirdlərinin tədqiqat layihəsi"nin təqdimatı

 

İREX "Yeni media layihəsi" çərçivəsində Azərbaycanın 17 regionunda məktəblilərin tədqiqat layihəsini həyata keçirir. Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin İnternetdən istifadə ilə bağlı axtarış qabiliyyətlərinin inkişafına dəstək olmaqdır. Hər il layihə üzrə müxtəlif mövzular işlənib hazırlanır. Builki layihənin mövzusu Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı "Eurovision mənim üçün və ölkəm üçün nə vəd edir?" adlanır.

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Eminə Orucovadan aldığımız məlumatda bildirilir ki, bu günlərdə  rayon təhsil şöbəsinin binasında yaradılan İREX İcma Mərkəzində "Məktəb şagirdlərinin tədqiqat layihəsi"nin təqdimat mərasimi keçirilib. Mərasimi təşkilatın İsmayıllı Rayon İcma Mərkəzinin koordinatoru Firdovsi Cavadov açdıqdan sonra müsabiqə, onun keçirilmə qaydaları, işlərin yoxlanılma mexanizmi, nəticələri barədə məlumat verilib.

Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov layihənin təhsilə göstərdiyi müsbət təsirdən söhbət açıb. Bundan sonra mükafatların təqdimatı olub.

Əvvəlcə III yerin qalibi, rayonun Cülyan kənd tam orta məktəbinin şagirdi və müəllimi fleşkart və sertifikatla mükafatlandırılıb.

II yerin sahibi, İsmayılli şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyalə Ələkbərovaya flipkamera və sertifikat, I yerin qalibi, həmin məktəbin X sinif şagirdi Zaur Ağazadəyə isə netbuk və sertifikat verilib. I və II yerin qaliblərinin rəhbəri, həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Eminə Orucova da netbuk, fleşkart və sertifikata layiq görülüb.

Mərasimin sonunda çıxış edən İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ramil Dadaşov müsabiqədə I və II yerə layiq görülən  Xəyalə  ilə Zaurun əlaçı şagird olduqlarını və onların Təhsil Nazirliyinin keçirdiyi "Elektron təhsil" müsabiqəsində Eminə Orucovanın rəhbərliyi ilə "Vətənim Azərbaycan" bloqu ilə iştirak etdiklərini də diqqətə çatdırıb.  

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov