Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Avqsut 2012 - №30

 

Çində azərbaycanlı tələbənin Xocalı soyqırımı mövzusunda yazısı "Ən yaxşı diplom işi" seçilib

 

Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı tələbə Vüsal Qurbanov bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Tsinghua Universitetinin hüquq fakültəsini bitirmişdir. Tsinghua Universitetinin ilk azərbaycanlı məzunu olan V.Qurbanov dünyanın 60-dan çox ölkəsini təmsil edən 289 məzundan biridir.

Azərbaycanlı tələbənin diplom işinin mövzusu isə "Xocalı beynəlxalq soyqırımı cinayətidir" olmuşdur. Çin ictimaiyyətini, elmi dairələri Xocalı faciəsi haqqında daha yaxından tanıtmaq məqsədi daşıyan bu diplom işi universitetin ən yaxşı diplom işinə namizəd irəli sürülmüş və ölkənin 6 ən qabaqcıl universitetinin hüquq fakültəsi müəllimlərinin rəyi ilə yekdilliklə qəbul olunmuşdur. Mövzu BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalında prokuror köməkçisi işləmiş professor Cia BinBinqin marağına səbəb olmuşdur. O, Azərbaycanın haqlı mövqeyini təsdiqləmiş, beynəlxalq ədalət məhkəməsində bu işə düzgün qiymət verilməsi haqqında məsləhətlərini bildirmişdir.

Tələbəmiz gələcəkdə bu mövzuda Çində kitab nəşr etdirməyi də planlaşdırır.

2005-ci ildən Çində bakalavr təhsili alan V.Qurbanov Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Çində magistr təhsili alan ilk azərbaycanlı tələbə adına layiq görülmüşdür. O, Çində təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması işində də fəallıq göstərmiş, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu - ASAİF-in bu ölkədəki nümayəndəsi olmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov