Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Qazanılan uğurlar pedaqoji kollektivin məsuliyyətini daha da artırır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" beş il öncə imzaladığı tarixi  sərəncam Bakıdakı 221  nömrəli tam orta məktəbin pedaqoji kollektivini  sevindirdi. Bütün uğurlarını və çətinliklərini düzgün təhlil edərək imkanlarını səfərbər edən bu təhsil müəssisəsi də bu il şəffaf və ədalətli qaydada keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə qatıldı və nəticədə müsabiqənin qalibi oldu. 221 nömrəli tam orta məktəbin  pedaqoji kollektivi bu yüksək mükafata və təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirir.

Məktəbin direktoru Nizami Əzizov bildirdi ki, 2011-2012-ci tədris ili ərzində məktəbdə bütün fənlər üzrə təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə "açıq dərs"lər  təşkil olunub, "dəyirmi masa"lar keçirilib. Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm olaraq görülmüş işlər öz nəticəsini verib. Son üç ildə məktəbi bitirən məzunların əksəriyyəti yüksək balla respublikanın  müxtəlif ali məktəblərinə  qəbul olub. Milli kurikulumun öyrənilməsi və  tətbiqi həmişə diqqət mərkəzində saxlanılıb.

Dərs ili müddətində şagirdlər müxtəlif fənn olimpiadalarında iştirak edərək uğurlar qazanıb. Bu nailiyyətlərin qazanılmasında  pedaqoji kollektivin hər bir üzvünün əməyi böyük olub. Məktəbin təcrübəli pedaqoqları şagirdlərin təlim-tərbiyəsində, eləcə də gənc müəllimlərin pedaqoji ustalığının artırılmasında var qüvvələrini sərf edirlər.

Məktəbin idman sahəsində qazandığı nailiyyətlər də  böyük olub.

Təhsil ocağında  çalışan  müəllimlər kompüter hazırlığı kurslarından keçiblər.

Qazanılan uğurlara baxmayaraq  məktəbin pedaqoji kollektivi heç də arxayınlaşmır, təlim-tərbiyə sahəsində daha böyük uğurlar əldə etmək üçün səylə çalışır.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov