Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Səbailli yeniyetmələr Qubaya istirahətə yollanıblar

 

Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, eyni zamanda bir sıra ictimai birlikləri təmsil edən  uşaq və yeniyetmələr üçün ənənəvi olaraq Quba şəhərinin ən mənzərəli yerində istirahət düşərgəsi yaradılmışdır. Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, "Şahinlər" adlı həmin yay istirahət düşərgəsinə bu günlərdə 250 uşaq yola salınmışdır. Bu münasibətlə keçirilən tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin  ifası ilə başlanmışdır. "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən layihələrdən danışmışdır.  

Azərbaycan Respublikasının ombudsmanı Elmira Süleymanova da çıxış edərək uşaqlara xoş istirahət arzulamışdır.

Qeyd etmək lazımdır ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, dəstə rəhbərləri ilə görüş keçirilərək düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları,  səhra yeməkxanası qurulmuş, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə  həsr olunmuş stendlər quraşdırılmışdır.

Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk Liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin ediləcək, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaqdır.

Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə müəllimləri və gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup da düşərgəyə  təhkim olunmuşdur. Onlar burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir.

İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə tanışlığı planlaşdırılıb.

Yola düşməzdən əvvəl gənc "Şahinlər" ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,  abidə önünə əklil qoymuş və tər çiçəklər düzmüşlər.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov