Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

XXX London Yay Olimpiya Oyunlarında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırdılar

 

XXX London Yay Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Toğrul Əsgərov Azərbaycana ilk qızıl medalı qazandırmışdır. Əhsən sənə, olimpiya çempionu Toğrul!

AzərTAc xəbər verir ki, Tim Şleyçer (Almaniya) və Keniçi Yumota (Yaponiya) üzərində inamlı qələbə qazanan T.Əsgərov yarımfinalda ABŞ idmançısı Koleman Skottu məğlub edərək həlledici mərhələyə adlamışdır. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı Besik Kuduxov olmuşdur. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə T.Əsgərov qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

London Olimpiadasında möhtəşəm qələbə şərəfinə Azərbaycanın Dövlət himni səsləndi və üçrəngli bayrağımız qaldırıldı.

***

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalı sərbəst güləşçimiz Şərif Şərifov qazandırdı.

AzərTAc xəbər verir ki, yarışda 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünü də qələbə ilə başa vurdu.

İbrahim Bölükbaşı (Türkiyə) və Ceke Herberti (ABŞ) məğlub edən güləşçimiz yarımfinala yüksəldi. Bu mərhələdə iranlı Naser Ehsan Laşgari ilə görüşdə Azərbaycan güləşçisi xalçadan qalib ayrıldı. Final görüşündə Puerto Riko idmançısı Yuseot Caime Espinala qalib gələn Ş.Şərifov Azərbaycan yığmasına ikinci qızıl medalı qazandırdı. Qoluna qüvvət, Şərif!

Beləliklə, Londonda ikinci dəfə Azərbaycanın himni səsləndi, bayrağı ən yüksəyə qalxdı.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov