Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Azərbaycan Diplomatik Akademiyasında "Açıq qapı" günü keçirilib

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Açıq qapı" günü keçirilmişdir. AzərTAc xəbər verir ki, məqsəd bu ali təhsil müəssisəsində təhsil almaq arzusunda olan tələbələrə akademiyanın bakalavr və magistr proqramları haqqında ətraflı məlumat vermək, burada çalışan pedaqoji heyətlə tanış etməkdir.

Tədbirdə bildirilmişdir ki, akademiyada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında yüksək bal toplayan gənclərə üstünlük verilir. Bu il ADA-nın bakalavr pilləsinə 160 yer ayrılmışdır. Akademiyada azərbaycanlı və xarici tələbələrin birgə təhsil aldıqları beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühasibat uçotu, maliyyə, marketinq və beynəlxalq biznes ixtisasları üzrə bakalavr proqramlarında müxtəlif sahələri əhatə edən fənlər tədris edilir, təhsil haqqı ödəyən tələbələrə bir sıra güzəştlər tətbiq olunur. Həmçinin bakalavrlar İsveçrə və İngiltərə universitetlərində bir semestr müddətində tələbə-mübadilə proqramlarında iştirak edirlər. Dərslər tanınmış xarici professorlar və xarici doktorantura təhsilli gənc azərbaycanlı müəllimlər tərəfindən aparılır. Qeyd olunmuşdur ki, bu ali təhsil ocağı tələbələrin işlə təmin olunmasında da onlara dəstək olur. ADA-nın vitse-rektoru Randall Beker "Açıq qapı" günü tədbirlərinin keçirilməsinin tələbələr üçün əhəmiyyətli olduğunu söyləmişdir. R.Beker qeyd etmişdir ki, burada təhsil Qərb və Azərbaycan modelinin sintezidir. Bu bizim ən böyük üstünlüyümüzdür. Bu imkan verir ki, akademiyada oxuyan tələbələr dünya miqyasında rəqabət aparsınlar. Mən bunu təqdirəlayiq addım hesab edirəm.

Tədbirdə ADA-nın yeni kampusu haqqında hazırlanan videoçarx da nümayiş etdirilmişdir.

Sonda ADA-nın bakalavr pilləsində təhsil alan tələbələr burada oxumaq arzusunda olan gənclərlə öz təcrübələrini bölüşmüşlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov