Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Rus dili və ədəbiyyatı müəllimlərinin Ümumrusiya qurultayı

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Moskva Dövlət Universitetinin bazasında rus dili və ədəbiyyatı müəllimlərinin Ümumrusiya qurultayı keçirilib. Qurultayın işində ölkənin 73 regionundan gəlmiş ali təhsil işçiləri, müəllimlər, metodistlər, təhsili idarəetmə orqanlarının təmsilçiləri iştirak ediblər.

Bir sıra aktual məsələlər üzrə vahid mövqenin işlənib hazırlanmasını nəzərdə tutan qurultayın bölmələrində,  "dəyirmi masa"larda Federal Dövlət Təhsil Standartları ilə necə işləmək, Vahid Dövlət İmtahanı bizi hara aparır, nitq mədəniyyətini necə yüksəltməli, uşaqları mütaliəyə necə cəlb etməli və s. məsələlər barədə müzakirələr aparılıb. Müzakirələrdə səsləndirilən rus dili və ədəbiyyatının vahid "Rus sözlüyü" fənni ilə əvəz edilməsi perspektivi barədəki informasiya fənn müəllimlərinin ciddi narahatlığına səbəb olub. Qurultayda rus dili və ədəbiyyatı müəllimlərinin assosiasiyasının yaradılması barədə qərar qəbul olunub. 

Rusiyada aztəminatlı tələbələrin təqaüdləri artırılıb 

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev aztəminatlı tələbələrin təqaüdünü artırıb. Sentyabrdan onlar 6 min 300 rubl alacaqlar.  Bu barədə Baş nazir  Uzaq Şərqin inkişafına həsr olunmuş müşavirədə məlumat verib. "Artırılmış təqaüdləri  "yaxşı" və "əla" qiymətlərlə oxuyanlar alacaq. Onların təqaüdü əvvəlki 5 min rubl əvəzinə 6 min 300 rubl olacaq. Bu, fantastik olmasa da, əhəmiyyətli artımdır", - deyə D.Medvedev bildirib.

Baş nazir qeyd edib ki, artım üçün lazım olan bütün vəsait həm cari ilin, həm də gələn ilin büdcəsində planlaşdırılıb. 

"Uçitelskaya qazeta"dan hazırladı:
Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov