Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

"Günay" uşaq teatr-studiyası beynəlxalq müsabiqədə uğurla çıxış edib

 

Bakı Uşaq Teatrının "Günay" uşaq  teatr- studiyasının kollektivi Polşanın Kelçe şəhərində keçirilən "İstedadlar Avropada" 39-cu uşaq və gənc yaradıcılığı festival-müsabiqəsindən Vətənə 2 bürünc medal və fəxri fərmanlarla qayıdıb.

Məlumat üçün bildirək ki, festival ənənəvi olaraq Polşa hökumətinin, Mədəniyyət Nazirliyinin və Polşa televiziyasının himayəsi altında keçirilir. Budəfəki festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Serbiyadan kollektivlər iştirak ediblər. Müsabiqə teatr, xoreoqrafiya, vokal və instrumental janr nominasiyaları üzrə keçirilib.

Festivalda Bakı Uşaq Teatrının "Günay" teatr-studiyası tərəfindən iki səhnə əsəri təqdim olunmuşdu. Belə ki, studiyanın balacalardan ibarət kiçik qrupu Hans Kristian Andersenin "Rusaloçka" nağılı əsasında hazırlanmış tamaşa ilə, gənclər qrupu isə Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə çıxış etmişdir. Hər iki tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb və münsiflər heyətinin qərarına əsasən  bürünc medala layiq görülüb. Qızıl və gümüş medalları isə Polşa kollektivləri qazanmışdır. "Günay" teatr-studiyası həmçinin digər nominasiyalar üzrə də  fəxri fərmanlara layiq görülmüşdür.

Rəngarəng qala konsertinin də təqdim olunduğu festivalın mükafatlandırma mərasimində "Günay"ın kollektivi xoreoqraf Günəş Talıbovanın quruluş verdiyi "Yallı" rəqsi ilə çıxış etmişdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov