Sentyabr ayında Almaniyada keçiriləcək uşaq filmləri
festivalında ölkəmizi "Buta" bədii filmi təmsil edəcək.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
və "Butafilm" kino şirkətinin birgə istehsalı olan
ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru
İlqar Nəcəf, prodüsserləri Xamis Muradov və İlqar Nəcəf,
operatoru Georgi Beridze, bəstəkarı isə Cavanşir
Quliyevdir. Filmdə baş rolları aktyorlar Rafiq Əzimov,
Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva oynayıb.
Ötən il lentə alınan bu film bir çox festivalların
mükafatçısı olub.
S.SƏFƏROVA |