Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Avqust 2012 - №33

 

Təhsil ocağında təmir işləri sürətlə davam etdirilir

 

Bakıdakı 82 nömrəli tam orta məktəbin direktoru Vaqif  Mehdiyevdən aldığımız  məlumata  görə, təhsil ocağında  əsaslı təmir  işləri uğurla davam  etdirilir.  Bakı Şəhər İcra Hakimiyyətinin  sifarişi ilə həyata keçirilən təmir-bərpa işlərinə cari ilin iyunundan başlanılıb. Məktəb binasının dam örtüyü dəyişdirilib, fasad və divarlar üzlük daşla  yenidən işlənib.

Yeni istilik sistemləri quraşdırılıb, elektrik xətləri çəkilib, qapı və pəncərələr dəyişdirilib, sinif otaqları, yeməkxana, kitabxana, laboratoriyalarda təmir işləri müasir standartlara uyğun, yüksək  keyfiyyətlə görülüb və müasir təhsil üçün hər cür şərait yaradılıb.

Sevindirici haldır ki, təhsil ocağında şagirdlərin sağlamlığı və mənalı istirahəti üçün  idman zalı və futbol meydançası yenidən bərpa olunub. Direktor bildirdi ki, binanın girişində  şagirdlərin  təhlükəsizliyini qorumaq üçün gözətçi məntəqəsinin tikilməsi də nəzərdə tutulub. 

Məktəb üçün 25 sinif otağından ibarət üçmərtəbəli korpusun da inşasına  başlanacağını  deyən  Vaqif  müəllim bütün görülən işləri Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov