Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Avqust 2012 - №33

 

Naxçıvan Özəl Universitetində 6 ayın yekunları müzakirə edildi

 

Naxçıvan Özəl Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrin icrası və 6 ayın yekunlarının müzakirəsi ilə əlaqədar yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq sessiyadan irəli gələn məsələlərdən, ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən və Naxçıvan Özəl Universitetində  onların yerinə yetirilməsi yollarından  danışmışdır. Qeyd olunmuşdur ki, 2011-2012-ci tədris ilində universitetin bütün ixtisasları üzrə 831 nəfər tələbə olmaqla, bunlardan da 613 nəfəri gündüz şöbəsində, 218 nəfər isə qiyabi şöbədə təhsil almışlar. Universitetin gündüz şöbəsi üzrə müvəffəqiyyət faizi 98, keyfiyyət faizi 26 olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə universitetin gündüz şöbəsində müvəffəqiyyət faizi 77,3, keyfiyyət faizi 18,5 olmuşdur. 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasında  isə ali təhsil ocağının gündüz şöbəsində müvəffəqiyyət faizi 75,7, keyfiyyət faizi 11,5 olmuşdur.

Bu ildən etibarən müəllimlərin ixtisasartırma kurslarındakı fəaliyyəti xeyli genişləndirilmiş, bunun məntiqi nəticəsi olaraq bu il 9 müəllim Şimali Kipr Türk Cümhuriyyəti Doğu Ağdəniz Universitetində 3 həftəlik ixtisasartırma kurslarında iştirak etmiş və beynəlxalq sertifikat almışdır. Universitet TEMPUS proqramının iştirakçısı olaraq 1 nominasiya üzrə qalib olmuşdur. Naxçıvan Özəl Universitetinin hazırda dünyanın 23 universiteti ilə əməkdaşlıq haqqında müqavilələri var. Bu ali təhsil ocağından 2011-2012-ci tədris ilində magistraturaya 17 tələbə qəbul olunmuşdur ki, onlardan da 4 tələbə təhsilini xarici ölkələrdə davam etdirəcəkdir.  

Rektor çıxışında onu da diqqətə çatdırmışdır ki, sessiyada ali təhsil müəssisələri qarşısında qoyulmuş mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməli, yeni tədris ilində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunmalı, yüksək ixtisaslı kadr hazırlığını genişləndirmək məqsədilə Şimali Kipr Türk Cümhuriyyəti Doğu Ağdəniz Universitetinə ixtisasartırma kurslarına müxtəlif ixtisaslar üzrə müəllimlərin göndərilməsi davam etdirilməlidir. Bundan başqa, universitet tələbələrinin ixtisasartırma kursunda da iştirakını təmin etmək və bu kursları  aparmaq üçün xaricdən yüksək ixtisaslı mütəxəssisləri dəvət etmək qarşıda duran vacib məsələlərdən biridir.

Sonra tədris və elmi işlər üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli, humanitar işlər üzrə prorektor  Əli Yusifov, iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov, pedaqoji fakültənin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Məftun İsmayılov çıxış etmişlər.  

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov