Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Avqust 2012 - №33

 

1 nömrəli Bakı Peşə Liseyində əsaslı təmir və yenidənqurma işləri aparılır

 

Ölkəmizin ümumi təhsil müəssisələrində olduğu kimi, peşə liseyləri və peşə məktəblərində də hazırda yeni dərs ilinə hərtərəfli hazırlıq  işləri  görülür,  bu  tədris  ocaqlarının maddi-texniki  bazasının  möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.  1 nömrəli Bakı Peşə Liseyində aparılan əsaslı təmir və yenidənqurma işləri bu baxımdan xüsusilə diqqəti cəlb edir. Liseyin direktoru Azər Ağazadədən aldığımız məlumata görə, bu tədris müəssisəsində aparılan təmir, yenidənqurma işləri artıq başa çatmaq üzrədir.

1935-ci ildə məxsusi olaraq peşə məktəbi üçün tikilmiş liseyin hazırki binasında sonralar bir neçə dəfə cari və əsaslı təmir işləri aparılsa da, son illər yenidən buna ehtiyac yaranmışdı. Həmin ehtiyac nəzərə alınaraq bu  il  liseyin  əsaslı  təmiri  plana  salınmış  və  bir  neçə  ay  öncə  bu  işə  başlanmışdır.  Binanın  indiki  əsaslı  təmiri  əvvəlkilərdən iş həcminin genişliyi ilə fərqlənir. Belə ki, dövlət vəsaiti hesabına aparılan əsaslı təmir işləri nəticəsində binanın dam örtüyü təzələnmiş, iri sinif otaqlarının bölünməsi hesabına 5 yeni sinif otağı, habelə inzibati heyət üçün 4 əlavə otaq yaradılmışdır.

Binanın divarları daşa qədər sökülərək yenidən suvanmış, döşəmələrə taxta vurulmuş, sürahilər yenilənmişdir.

Binaya yeni elektrik xətləri çəkilmiş, yanğına qarşı xəbərdarlıq siqnalları quraşdırılmışdır. Eyni zamanda müəllimlər otağına və sinif otaqlarına kompüterlər üçün yeni xətlər çəkilmişdir. Su xətləri də dəyişdirilmiş, kanalizasiya sistemi yenidən  qurulmuşdur. Dəhlizlər, pəncərə önləri süni qranitlə örtülmüş, binanın fasadı bütünlüklə rənglənmişdir.

Liseyin həyətində də geniş təmir və abadlıq işləri görülür. Həyətdəki əlavə tikililərin pəncərələrinin, həyətin əsas giriş qapısının dəyişdirilməsi, mövcud köşklərin yenilənməsi, həyətə asfalt döşənməsi nəzərdə tutulur.

Təmir başa çatdıqdan sonra tədris ocağı yeni avadanlıqlarla təmin olunacaqdır. Beləliklə, lisey yeni tədris ilində öz qapılarını müəllim və şagirdlərinin üzünə tamamilə yenilənmiş şəkildə açacaqdır. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov