Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

YARDIMLI. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Yardımlıda da son illər yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində görülən işlər sürətlə davam etdirilir.

Son beş ildə rayonda dövlət vəsaiti hesabına 17 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonda 12 yeni məktəb binası inşa edilmişdir.

2010-2011-ci dərs ilində tikilmiş 360 şagird yerlik Arus, 240 şagird yerlik Honuba, 220 şagird yerlik Horavar, 180 şagird yerlik Osnakəran kənd tam orta, Ləzir və Zəngələ kənd ibtidai məktəblərinin binaları müasir standartlara uyğun inşa olunaraq şagird və müəllimlərin istifadəsinə verilmişdir.

Hazırda rayonun Kürəkçi kəndində 360, Ostayir, Alçabulaq və Şəfəqli kəndlərində 220, Gügavar və Gendərə kəndlərində 80 şagird yerlik məktəb binalarının tikintisində son tamamlama işləri aparılır.

Bu təhsil ocaqlarının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

***

GƏDƏBƏY. Rayon təhsil şöbəsinin müdiri R.Məmmədovdan    aldığımız məlumatda  bildirilir ki, hazırda Dövlət Proqramı xətti ilə  rayonda beş  ümumtəhsil məktəb binası tikilir. Onlardan  1 nömrəli Qoşabulaq, Novo-Saratovka və 2 nömrəli Slavyanka kənd tam orta məktəb binalarının tikintisinin yeni dərs ilində başa çatdırılması nəzərdə tutulub.

***

KƏLBƏCƏR. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, Gəncənin  Avtovağzal adlanan qəsəbəsində  məskunlaşmış 300 kəlbəcərli  ailəsinin övladları  müxtəlif uyğunlaşdırılmış binalarda dərs keçirdilər. Qaçqın və məcburi köçkünlərə  dövlət qayğısı nəticəsində həmin ərazidə 8 otaqlı yeni məktəb binası tikilib.Yeni təhsil ocağı inventarlarla və istilik sistemi  ilə də təmin olunub. Artıq yeni dərs ilində  Kəlbəcər 22 nömrəli tam orta məktəbi üçün tikilən bina uşaqların  ixtiyarına veriləcək.

***

UCAR. Rayon təhsil  şöbəsinin müdiri F.İsrəfilovdan  aldığımız məlumatda bildirilir  ki,  yeni dərs  ilində  yerli büdcə vəsaiti  hesabına inşa olunan şəhər 5 nömrəli tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyinin vəsaiti hesabına isə  Qazyan kənd 3 nömrəli tam orta məktəb üçün 220 şagird yerlik   yeni  binaların  istifadəyə verilməsi  nəzərdə tutulub.

***

İMİŞLİ. Rayon təhsil şöbəsinin müdiri R.Əmirovdan aldığımız məlumatda  bildirilir ki, dövlət vəsaiti hesabına 360 şagird yerlik Bəcirəvan, 220 şagird yerlik Çaxırlı, 220 şagird yerlik Qaragüvəndikli, 180 şagird yerlik Ağaməmmədli tam orta məktəbləri və Xoşçobanlı kənd orta məktəbi üçün doqquz sinif otağı tikilib yeni dərs  ilində istifadəyə veriləcək.

Eyni zamanda rayonuun Hacıbabalı kəndində tikintisi davam edən ümumi orta məktəbdə də iş gedir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov