Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Qaxda fənn kurikulum təlimləri davam edir

 

Rayon təhsil şöbəsinin metodisti A.Məmmədovadan aldığımız məlumatda bildirilir ki, rayonun ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək müəllimlərin təlim kursları davam edir. Həmin kursların lazımi səviyyədə təşkili üçün şəhər 1, 2, 3, 4, 5 və Qaxbaş kənd 2 nömrəli tam orta məktəblərində texniki avadanlıqlarla təchiz edilmiş təlim mərkəzləri yaradılmışdır. Eyni zamanda təlimlərin yüksək səviyyədə aparılması üçün mərkəzlərə təhsil şöbəsinin əməkdaşları da cəlb edilmişdir.

Təlim kurslarını tarix fənnindən Təlim və İnkişaf Mərkəzi, xarici dil fənnindən "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, riyaziyyat və informatika fənlərindən "Mədəd-Azərbaycan" təşkilatı, Azərbaycan dili və ədəbiyyat, texnologiya, musiqi və təsviri incəsənət fənlərindən isə Odlar Yurdu Universitetinin əməkdaşları aparır.

Rayon üzrə bu il V siniflərdə dərs deyəcək 464 nəfər müəllim kursdan keçməlidir. Hazırda 8 fənn üzrə 380 müəllim təlim kurslarından keçmişdir. Hər fənn üzrə 10 gün davam edən təlim kurslarının səmərəli keçməsində həm təlim rəhbərləri, həm də fənn müəllimləri xüsusi fəallıq göstəriblər. Həmin fənn müəllimləri təlim kurslarında öyrəndikləri materiallar üzrə imtahan verərək müxtəlif dərəcəli sertifikatlar alıblar.

Hazırda isə fiziki tərbiyə və həyat bilgisi fənləri üzrə təlim kursları yüksək səviyyədə aparılır. Məşğələlər sentyabrın 3-nə kimi davam edəcək. Sonra 84 nəfər müəllim də imtahan verərək müxtəlif dərəcəli sertifikat alacaqdır. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov