Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir

 

 Avqustun 24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.

Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib.

Ölkələrimizin yaxın tərəfdaş və dost  olduğunu  bildirən  Misir  Mərdanov  qeyd  edib  ki,  hazırda  76  azərbaycanlı  gənc  Cənubi  Koreya universitetlərində təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük hörmət və ehtiram bəsləndiyini söyləyərək qarşılıqlı münasibətlərimizin inkişafında səfir Li Ci Hanın səmərəli fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb.   Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Daha sonra Li Ci Ha Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib.

Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun hər zaman Azərbaycanın dostu kimi tanınacağına əminliyini bildirib və ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da yaxşılaşacağına inamını ifadə edib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov