Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Təhsildə aparılan islahatlar öz bəhrəsini verir

 

Ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata keçirilir. Son illərdə ölkəmizin iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, Azərbaycan təhsili özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətlənmiş, insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur.

Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Bu proqramların reallaşması nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulur, təhsilin məzmunu yeniləşir, yeni dərsliklər yazılır, təhsil alanların biliyinin qiymətləndirilməsində yeni model və mexanizmlər tətbiq, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilir, təhsil sistemi informasiyalaşdırılır, istedadlı uşaqların aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirlər görülür.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət qayğısı ilə əhatə olunur, texniki peşə və ali təhsil, xaricdə təhsil və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunur. Son 9 il ərzində 2200-dən çox yeni məktəb binası tikilmiş, xeyli məktəb əsaslı təmir edilmiş və məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir. 2008-2012-ci illəri əhatə edən "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan təhsil sisteminin bütün pillələrinin şəbəkə strukturunun inkişafı və sürətli İnternetlə təmin olunması, məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması, müəllimlərə İKT-dən istifadə bacarıqlarının aşılanması, bütün fənlər üzrə elektron elmi-metodik vəsaitlərin yaradılması istiqamətində xeyli iş görülmüşdür. İndi məktəblərdə Azərbaycan tarixi, kimya, fizika və biologiya dərsləri elektron dərsliklərlə tədris olunur.

"Kurikulum islahatı üzrə icra planı"nda nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilmiş, fənn kurikulumları hazırlanmışdır. Fənn kurikulumlarının tətbiq edildiyi siniflər üçün yeni dərsliklər hazırlanmış, müəllimlər üçün vəsait, şagirdlər üçün iş dəftərləri çap edilmişdir.

Müasir fənn kurikulumlarının tətbiqinə başlandıqdan sonra öyrətmə və öyrənmə prosesinə münasibət dəyişmişdir. Şagirdlər fəallaşmışdır. Düşünməyə, axtarış aparmağa, sərbəst mülahizə yürütməyə, əməkdaşlıq etməyə, müstəqil şəkildə problemi həll etməyə daha çox sövq olunurlar. Eyni zamanda  müəllimlərin hər bir dərsə yaradıcı münasibəti artmış, məzmuna görə optimal forma, üsul və metod axtarışı ön plana çıxmışdır. Fənn proqramlarında məzmun elə müəyyənləşdirilib ki, sinifdə səmərəli təhsil əməkdaşlığı, şagirdlər üçün maraqlı dərs formalarından, üsullarından, interaktiv metod və vasitələrdən yerli-yerində istifadə etmədən qarşıya qoyulan məqsədləri reallaşdırmaq mümkün deyildir.

Yeni məzmun standartları gündəlik qiymətləndirmədən məktəbdaxili qiymətləndirməyə keçməyi zəruri etmişdir. Buraxılış imtahanlarının mərkəzləşmiş qaydada aparılması təhsilin keyfiyyətinin yüksəlməsinə, şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətinin artmasına xidmət edir.

19 iyun 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu təhsil işçiləri üçün dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsi müəyyənləşdirmişdir.

Rəhbərlik etdiyim məktəbin pedaqoji kollektivi həmin vəzifələri uğurla yerinə yetirmək, ölkədə aparılan təhsil islahatlarına öz töhfəsini vermək üçün hazırda bütün imkanlarından istifadə edir.

Yeri gəlmişkən bildirim ki, məktəbimiz fəaliyyət göstərdiyi illər ərzində, bir qayda olaraq, rayonda qabaqcıl təhsil ocaqlarından olmuşdur. Məktəblərarası metodmərkəz olmaqla qabaqcıl təcrübəni, təhsil sahəsində olan yeniliklərin planlı öyrənilməsində müəllimlərə öz köməyini göstərmişdir. 1993-1994-cü tədris ilindən məktəbimiz öz fəaliyyətini Sumqayıt şəhərində davam etdirir. Son illərdə ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin tikintisi və təmiri sahəsində aparılan işlər məktəbimizdən də yan keçməmiş, 6 sinif otağından ibarət təhsil ocağımız tam təmir olunmuşdur.

Məktəbdə 22 nəfər müəllim təlim və tərbiyə işi aparır. Onlardan 18 nəfəri ali təhsillidir. Gənc müəllimlər sayca çoxluq təşkil edir. Sabit şagird kontingenti var, məktəbdən yayınma, dərs buraxma halları yoxdur. Müntəzəm olaraq sinif rəhbərləri valideyn assosiasiyası ilə birgə iş aparır, həlli vacib məsələləri həll edirlər.

Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı 4 ibtidai sinif müəllimi və eləcə də V sinifdə dərs aparacaq 9 fənn müəllimi, təlim kurslarından keçmiş, sertifikatlar almışlar. Müəllimlərimiz fəal dərs metodlarından istifadə edir; müstəqil düşünmə və işləmə xarakterli test tapşırıqlarını şagirdlərə öyrətməyə çalışırlar. Təlimin maddi bazası  zənginləşib. Heydər Əliyev Fondu hesabına fənlər üzrə əyani vasitələr, xəritələr, məktəbli ensiklopediyaları çap olunaraq tədris ocaqlarına, o cümlədən bizim məktəbə verilmişdir.

 Mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrinə görə 2010-2011-ci tədris ilində məktəbimiz rayon məktəbləri arasında fərqləndiyinə görə təhsil söbəsi tərəfindən təltif olunmuşuq. Həmin tədris ilində məktəbin XI sinfini 9 nəfər bitirmiş,  onlardan 5 nəfəri dövlət ali məktəblərinə, 2 nəfər özəl ali məktəbə qəbul olmuşlar. Şagirdlərimiz rayon olimpiadasında fəallıq göstərərək uğurlu nəticələr qazanmışlar.

Məktəbimizdə məktəbdənkənar və sinifdənxaric işlərin vahid sistemi yaradılmış, bu sahədə ardıcıl  işlər aparılır. Tərtib olunmuş tədbirlər planı  vaxtında yerinə yetirilir. Tərbiyə və təlimin sıx vəhdətdə aparılması müvəffəqiyyətimizi artırır.

Fənn dərnəklərinin imkanlarından maksimum istifadə edirik. Şagirdlərin hərtərəfli inkişafına kömək edən, mühazirə, məruzə, ekskursiya, fənn gecələrinin təşkili və keçirilməsi, ilk mənbələr üzərində çalışmalar öz müsbət təsirini göstərir.

Rayon və respublika müsabiqələrində məktəbimizin uğurları daim artır. IX sinif şagirdi Ayşən Paşayeva ötən illərdə qalib olmuş, 2011-ci ilin oktyabr ayında "Müstəqilliyimiz milli qürurumuzdur" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində fərqləndiyinə görə Laçın Rayon Təhsil Şöbəsinin I dərəcəli diplomu ilə təltif olunmuşdur. Aprel ayında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsində onun inşası "Heydər Əliyev şagirdlərin gözü ilə" kitabına daxil edilmişdir.

XI sinif şagirdi Səbinə Məhərrəmli "Şəhidlər ölməzdir" mövzusunda məktəblilər arasında keçirilən inşa yazı müsabiqəsində I yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. M.Ə.Sabirin anadan olmasının 150 illiyi ilə əlaqədar keçirilən respublika inşa yazı müsabiqəsində tərifnamə ilə təltif olunmuşdur.

VIII sinif şagirdi  Minarə Abbaslı ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Yolumuz Heydər yoludur! Bu yol Vətənə doğrudur!" bədii qiraət ifaçılığı üzrə rayon müsabiqəsində II yeri tutmuşdur.

X sinif şagirdi Ayşən Əlizadə həmin mövzuda rəsm müsabiqəsində III yerə layiq görülmüşdür. IX sinif şagirdi Aysu Əkbərova "Sultan bəy" portreti ilə rayon müsabiqəsində I yerə layiq görülmüşdür. Onun çəkdiyi portret hazırda rayon mədəniyyət və turizm şöbəsinin qalereyasında saxlanılır. O, habelə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Yolumuz Heydər yoludur! Bu yol Vətənə doğrudur!" adlı rəsm üzrə rayon müsabiqəsində I yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

IX sinif şagirdi Sadiq Murtuzayevin xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illiyi ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən inşa müsabiqəsində "Zabux döyüşü ermənilərə tutarlı cavabdır" mövzusunda yazdığı inşa yüksək qiymətləndirilmiş, rayon icra hakimiyyətində təhsil şöbəsinin II dərəcəli diplomu ilə təltif olunmuşdur.

İdman sahəsində də şagirdlərimizin uğurları az olmamışdır. X sinif şagirdi Orxan Sadıxov respublika və respublikadankənar bir sıra yarışlarda qüvvəsini sınamış, sərbəst güləş üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanmışdır.

Hazırda yeni dərs ilinin astanasındayıq. Yeni dərs ilinə  hazırlıqla bağlı bütün zəruri işləri görmüşük. Məktəbimizdə cari təmir işləri aparılıb,  vəsait və dərsliklər, jurnallar gətirilib, I sinfin siyahılaşması başa çatdırılıb. İnanırıq ki, yeni tədris ilində uğurlarımız daha çox olacaq. 

Tapdıq ABBASOV,
Laçın rayonu, Rizvan Hümbətov adına
Güləbird kənd tam orta məktəbinin direktoru
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov