Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Gənc bəstəkar beynəlxalq müsabiqənin finalında iştirak etmək hüququ qazanıb

 

Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA  III" müsabiqəsinin finalına vəsiqə qazanıb.

200-dən çox müraciət daxil olmasına baxmayaraq, yalnız 6 ölkə -ABŞ, Azərbaycan, İngiltərə, Avstriya, Fransa və Yunanıstan müsabiqənin finalında iştirak etmək hüququnu əldə edib.

Dünyanın mötəbər musiqi yarışmalarından biri hesab olunan "ALEA III" 1980-ci ildən keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd bəstəkarların yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.

 Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış bəstəkarların əsərlərini dünyaca məşhur dirijor Teodor Antonionun rəhbərlik etdiyi ansambl səsləndirəcəkdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Türkər Qasımzadə beynəlxalq müsabiqənin bu ilin oktyabrında təşkil ediləcək final konsertində "Qurama" əsərini amerikalı musiqisevərlərə təqdim edəcəkdir.

Qeyd edək ki, azərbaycanlı gənc bəstəkar 2011-ci ildə Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Hazırda Türkər Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Ohayo ştatında yerləşən Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.

Gənc bəstəkarın əsərləri ABŞ, İsveçrə, İtaliya, Avstraliya və Latviyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülmüşdür.

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov