Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

"Göyərçin"in nağıl sovqatı

 

Hər il yay nömrələrində balalarımızın oxu tələbatını ödəmək üçün dünya xalqlarının nağıllarını çap eləyən "Göyərçin" bu il də öz ənənələrinə sadiq qalıb. Jurnalın "Göyərçin"in kitabxanası seriyasından nəşr elədiyi "Qurbağa libaslı gözəl" və "Xoşbəxt günlər yolçusu" adlı kitablarda dünya xalqlarının bir-birindən maraqlı nağılları toplanılıb. Bu nağılları dilimizə jurnalın baş redaktoru, şair, ədəbiyyatşünas Rafiq Yusifoğlu tərcümə edib. Rəssamlardan Vəfa, Mətanət, Afər, Leyla, Aytən, Kübra və Nərminin çəkdikləri şəkillər bədii mətnlərin daha dərindən mənimsənilməsinə yardımçı olur.

Adıçəkilən kitablarda toplanan nağılların tərbiyəvi əhəmiyyəti böyükdür. Ümid edirik ki, uşaqlar müxtəlif məzmunlu bu nağılları oxuyanda sehrli bir dünyaya qədəm qoyacaqlar. "Göyərçin"in nağıl sovqatı balaca məktəblilərin çox xoşuna gələcək, onların oxu vərdişlərinin inkişafına yardımçı olacaqdır. 

Günel  ALMAZ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov