Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda səfərdədir

 

Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrın 1-də Gürcüstana səfərə gəlmişdir.

Uşaqlar üçün bu xeyriyyə aksiyası Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə artıq ikinci ildir ki, həyata keçirilir.

Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər 10 gün Gürcüstanda səfərdə olacaqlar. Qeyd edək ki, bu səfərlər qarşılıqlıdır. Gürcüstandan da 16 nəfərlik nümayəndə heyəti bu müddət ərzində Azərbaycanda qonaq olacaqdır.

Azərbaycan nümayəndə heyətinin üzvü, Bakı şəhərinin Nizami rayonundakı 1 nömrəli uşaq evinin müəllimi Rövşən Məmmədov AzərTAc-ın müxbiri ilə söhbət zamanı vurğulamışdır ki, Azərbaycanda uşaqlara, əsasən də xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu işə böyük önəm verir və Gürcüstana səfərimiz də məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuşdur. Biz bu qayğı və diqqətə görə Mehriban xanıma minnətdarlığımızı bildiririk.

R.Məmmədov bildirmişdir ki, səfər çərçivəsində müxtəlif maraqlı görüşlər keçiriləcək, azərbaycanlı uşaqlar Gürcüstanın tarixi yerləri, muzeyləri, ayrı-ayrı şəhərləri ilə tanış olacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov