Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Türkiyə universitetləri ilə tərəfdaşlığa doğru yeni addım

 

Türkiyə Respublikasının Anadolu və İqdır universitetlərinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində oldu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etməklə başlanan səfər universitet kollektivi ilə keçirilən görüşlə davam etdirildi. Görüş zamanı rektor, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasındakı çox qədim tarixi köklərə malik dostluğun və birliyin bu gün də uğurla davam etdirilməsindən danışdı. Rektor 45 illik tarixə malik Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, professor-müəllim heyəti və tələbə kontingenti haqqında məlumat verdi. Qeyd olundu ki, dünyanın 70-ə yaxın ölkəsinin tanınmış ali məktəbləri ilə  beynəlxalq əlaqəyə malik  NDU Türkiyənin Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan  universitetləri ilə dayanıqlı elmi əməkdaşlığa malikdir.  Rektor İqdır və Anadolu universitetləri ilə də əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs etdi. Anadolu Universitetinin distant təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki zəngin təcrübəsindən faydalanmağın zəruri olduğu vurğulandı.

İqdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, Anadolu Universitetinin prorektoru, professor Aydın Ziya Özgür ikitərəfli iş birliyinin ölkələr və xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsi, elm və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətindən danışdılar.   

Görüş zamanı virtual əlaqələrin inkişafı, videokonfrans və simpoziumların, elmi təcrübə mübadilələrinin, müştərək mədəniyyət, idman tədbirlərinin təşkili məsələləri müzakirə olundu. Türkiyədən gələn heyət universitet ərazisini gəzdi, Heydər Əliyev Universiteti, Tələbə evi, Sosial Xidmət  Mərkəzində və müxtəlif tədris korpuslarında oldu.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov