Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Yeni dərs ili qarşısında

Şəmkirdə 3 yeni məktəb binası istifadəyə veriləcək

 

Son illər "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq respublikamızın hər bir guşəsində olduğu kimi Şəmkir rayonunda da yeni məktəb binalarının tikintisi sürətlə davam edir.

Bu günlərdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri M.Şıxlinskidən aldığımız məlumatda bildirilir ki, yeni dərs ilində Abbaslı kənd 1 nömrəli tam orta məktəbi üçün 480 şagird yerlik, Düyərli kənd 2 nömrəli tam orta məktəbi üçün 480 şagird yerlik, Seyidlər kənd tam orta məktəbi üçün isə 180 şagird yerlik yeni məktəb binaları istifadəyə veriləcək.

Hazırda  rayonun Sabirkənd tam orta məktəbi  üçün 960 şagird yerlik, Q.İsmayılov adına kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Zəyəm qəsəbə tam orta məktəbi üçün 480 şagird yerlik, Seyfəli kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Qaralar kənd  tam orta məktəbi üçün 180 şagird yerlik və Ceyrançöl kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni  məktəb binalarında tikinti işləri sürətlə aparılır. Bu məktəb binalarının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov