Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Ağcabədidə müasir tipli məktəblərin sayı artır

 

Ölkəmizin digər regionlarında olduğu kimi Ağcabədidə də məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, artıq 4 məktəb üçün yeni bina tikilib başa çatdırılmışdır. Bunlar şəhər 3 nömrəli məktəb-liseyin 960 şagird yerlik, Qaraxanlı və Şərəfxanlı tam orta məktəblərinin hər birinin 180 şagird yerlik, Aran kənd 2 nömrəli ümumi orta məktəbinin 80 yerlik binalarıdır. Bu təhsil ocaqları, habelə binası əsaslı şəkildə təmir olunmuş şəhər 4 nömrəli tam orta məktəb sentyabrın 15-də müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Aran kənd 1 nömrəli tam orta məktəbi üçün 220, Mehrablı kənd 2 nömrəli ümumi orta məktəbi üçün 80, Qiyaməddinli kənd tam orta məktəbi üçün 260, Ağabəyli kənd ümumi orta məktəbi üçün 80, Rəncbərlər kənd tam orta məktəbi üçün 480, Təzəkənd kənd tam orta məktəbi üçün 540, Qaravəlli kənd tam orta məktəbi üçün 180, Avşar kənd 3 nömrəli ümumi orta məktəbi üçün 320 şagird yerlik yeni binaların tikintisi isə hazırda davam etdirilir.

Xatırladaq ki, son illərdə rayonda 8 min 180 şagird yerlik 29 yeni məktəb binası tikilib istifadəyə verilib. Bunlardan 6-sı Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana  yeni məktəb" layihəsi çərçivəsində, 13-ü müvafiq Dövlət Proqramına əsasən, 10-u isə qeyri-hökumət təşkilatlarının xətti ilə inşa olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov