Neftçala RTŞ-ın müdiri Ə.Kərimovdan aldığımız məlumatda
bildirilir ki, Dövlət Proqramı xətti ilə rayonun Xıllı
qəsəbə 2 nömrəli tam orta məktəbi üçün inşa edilən 220
şagird yerlik binanın tikintisi artıq başa çatıb.
Binanın içərisində son tamamlama işləri görülür.
Sentyabrın 15-də müəllim və şagirdlərin istifadəsinə
veriləcək məktəb binasında müasir tələblərə cavab verən
hər cür şərait nəzərdə tutulub. Burada geniş və işıqlı
sinif, kompüter otaqları, laboratoriyalar, idman və akt
zalları var. Yeni təhsil ocağı istilik sistemi və
inventarlarla da təmin olunub.
Eyni zamanda rayonda daha 3 məktəb - II Qaralı kənd tam
orta məktəbi üçün 200 şagird yerlik, Xəzər kənd tam orta
məktəbi üçün 260 şagird yerlik, Yuxarı Qaramanlı kənd
tam orta məktəbi üçün 360 şagird yerlik yeni məktəb
binalarının tikintisinə də başlanılmışdır. Hazırda bu
binalarda inşaat işləri sürətlə davam etdirilir. |