Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Qazaxda tikinti işləri sürətlə gedir

 

 Ölkə Prezidentinin rəhbərliyi ilə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də uğurlu və sürətli islahatlar gedir. Təsadüfi deyildir ki, respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən, memarlıq baxımından gözoxşayan  yeni məktəb binaları inşa edilir.

Qazax Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonda son illər uğurla aparılan məktəb tikintisi hesabına yeni məktəblərin sayı durmadan artır. Hazırda Qazax Rayon İcra Hakimiyyətinin  sifarişi ilə 5 yeni məktəb binası tikilir. Şəhər 4 nömrəli tam orta məktəbin 360, Aslanbəyli kənd tam orta məktəbin 480, Canallı kənd tam orta məktəbin 220, Qazaxbəyli kənd tam orta məktəbinin isə 180 şagird yerlik binası inşa olunur. Qazax şəhər ümumi orta məktəbi isə əsaslı təmir olunmuş, əlavə olaraq 80  şagird yeri olan sinif otaqları tikilmişdir.  Yeni tikilən məktəb binalarının hər birində işıqlı, geniş, müasir tələblərə tam cavab verən kitabxana, fizika və kimya laboratoriyaları, kompüter otaqları, idman və akt zalı nəzərdə tutulmuşdur.

Məktəb binalarının 15 sentyabr "Bilik günü"nə kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24-5 nömrəli Sərəncamına əsasən 2012-ci ilin avqust ayından başlayaraq rayonda Çaylı kənd 2 nömrəli tam orta məktəbin 640, Daş Salahlı kənd 2 nömrəli  tam orta məktəbin 640, Ürkməzli kənd tam orta məktəbin 220, Xanlıqlar kənd ümumi orta məktəbinin 180 şagird yerlik yeni binalarının tikintisinə başlanacaqdır. Xanbağı kənd tam orta məktəbinin binası isə əsaslı təmir olunacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov