Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Müəllimlər kurslardan razılıq edirlər

 

Bu günlərdə Daşkəsən rayonundakı Nəsimi adına 1 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi, əməkdar müəllim Rəna Aslanovanın redaksiyaya ünvanladığı məlumatda bildirilir ki, ölkəmizin hər yerində olduğu kimi bizim rayonda da təşkil olunan fənn kurikulumunun tətbiqi üzrə təlim kursları V sinifdə dərs deyəcək müəllimlərin hazırlanmasında mühüm əhəmiyyətə malik oldu.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə Təhsil və İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən təlim kurslarında iştirak etmiş müəllimlər çox böyük razılıq edirlər. Ona görə ki, avqustun 13-dən 25-dək davam edən kurs biz müəllimlərin peşəkarlıq səviyyəsinin artmasında həlledici rol oynadı.

Təlim kursunda 10 gün ərzində  müəllimlər ənənəvi təlimlə fəal təlimin müqayisəsini daha dərindən öyrənib, nəticədə fəal təlimin üstünlüyünü bir daha yəqin etdilər. Onu da öyrəndik ki, interaktiv təlim şagirdi daha çox tədqiqatçılığa, axtarışlara, yaradıcı olmağa, idraki bacarıqlarını üzə çıxarmağa sövq edir.

Kurs müddətində proqram üzrə nəzəri materialların praktiki vərdişlərlə üzvi şəkildə əlaqələndirilərək öyrədilməsi  müəllimlərin bu sahədə bilik səviyyəsinin artmasında çox böyük rol oynadı. Eyni zamanda hər birinin qrup şəklində birgə əməkdaşlığı, maraqlı, canlı dərs nümunələri hazırlaması, yeni pedaqoji yanaşmalardan istifadə etməsi kursun ən yaddaqalan məqamları oldu.

 Məlumatın sonunda  diqqətə çatdırılır ki, bu təlim kursunu başa çatdıran hər bir müəllim V sinifdə öz dərsini daha maraqlı qurmaq üçün müxtəlif yollar axtaracaq, yaradıcı olacaq, interaktiv təlim metodlarından, İKT-dən bəhrələnərək öz iş üsulunu daim təkmilləşdirəcəkdir. R.Aslanova eyni zamanda rayonun bütün təhsil işçiləri, təlimin iştirakçıları adından kursun təşkilatçılarına və icraçılarına, xüsusən də təlimçilərə öz dərin minnətdarlığını bildirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov