Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması dünya birincisi olub

 

Tailandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma güləşi yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalmışdır.

AzərTAc xəbər verir ki, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Tailanda yollanan yığmamızın üzvlərindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Çempionatda 120 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala sahib olmuşdur.

Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında birinci yeri tutmasını təmin etmişdir. II-III yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşmüşlər.

Son bir ay ərzində Azərbaycan güləşçiləri iştirak etdikləri beynəlxalq yarışlarda öz qələbələri ilə xalqımızı sevindirmişlər. Belə ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz Azərbaycan Olimpiya Hərəkatında yeni bir tarix yazmışlar. Bu uğurun davamı olaraq bir neçə gün əvvəl Bakıda keçirilən yeniyetmələrin dünya çempionatında güləşçilərimiz ümumilikdə 19 medal qazanmışlar ki, bunlardan 9-u qızıl, 5-i gümüş və 5-i bürünc olmuşdur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov