Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Dünya və Avropa birinciliyinin bürünc mükafatçısı

 

Süleymanov Sənan Əmrah oğlu 1996-cı ildə Bakıda ziyalı ailəsində anadan olub.   O, 2006-cı ildən idmanın yunan - Roma güləş növü  ilə məşğul olur. Sənan Bakıdakı 218 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Arzusu  Azərbaycanımızın üçrəngli   bayrağını dünya çempionatlarında və olimpiya oyunlarında zirvələrə qaldıraraq Dövlət himnimizi möhtəşəm qələbə zəminində səsləndirməkdir. Bu günlərdə redaksiyamıza dəvət etdiyimiz Sənan  özü haqqında bunları dedi:  

- Uşaq yaşlarımdan məndə idmana böyük həvəs olduğundan valideynlərimin razılığı ilə  "Təhsil" Respublika İdman Mərkəzinin yunan-Roma güləşi bölməsinə yazıldım. Müəllimlərimdən Azər Hüseynov və başqalarının  zəhməti hesabına idmanın bu növünün sirlərini öyrənməyə başladım.  İdmana marağım bu sahəyə olan diqqətdən və idmançılarımızın böyük qələbələrindən sonra yarandı.  Uğurlarım haqqında onu deyə bilərəm ki, 2011-ci ildə güləş ustası  Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş respublika turnirində 42 kq çəki dərəcəsində I yerə çıxmışam.  2012-ci il martın 25-də Macarıstanda keçirilən beynəlxalq turnirdə həmin çəkidə II yeri tutmuşam. 2012-ci il aprelin 25-dən- 28-dək Bakıda  Azərbaycan Güləş  Federasiyasının kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında  keçirilən beynəlxalq turnirdə 42 kq çəki dərəcəsində I yeri tutaraq digər yarışlara vəsiqə qazandım. 17-18 may  tarixlərində keçirilən  Azərbaycan birinciliyində 42 kq çəki dərəcəsində rəqiblərimi məğlub edərək I yerə çıxdım.  17-22  iyul tarixlərində Polşada keçirilən Avropa birinciliyində III yeri tutaraq dünya çempionatına vəsiqə qazandım. 21-27 avqust tarixlərində Bakıda keçirilən dünya birinciliyində III yeri tutaraq digər yarışlara vəsiqə qazandım. Hazırda yığma komandanın üzvüyəm. Məşqlərimi də orada davam etdirirəm.

Sənanın şəxsi məşqçisi,  "Təhsil" Respublika İdman Mərkəzinin müəllimi  Azər Hüseynov yetirməsi haqqında fikirlərini bildirərək qeyd etdi ki, onun gələcəyi parlaqdır. Sənan öz üzərində çalışan, verilən tapşırıqları hamıdan birinci yerinə yetirən güclü və nümunəvi idmançılardandır.  Arzumuz onu  gələcəkdə dünya və olimpiya çempionu kimi görməkdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov