Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində
keçiriləcək IV Beynəlxalq uşaq muğam festivalında
doqquz ölkəni təmsil edən ifaçılar iştirak edəcəklər.
Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin
dəstəyi və "Paşa bank"ın baş sponsorluğu ilə baş
tutacaq müsabiqənin təşkilati işləri artıq başa çatıb.
Yekun konsertdə İraq, İran, Qırğızıstan, Misir,
Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistan və
Azərbaycandan olan gənclər istedad və bacarıqlarını
nümayiş etdirəcəklər. Azərbaycan tamaşaçıları üçün ən
maraqlı bu olacaq ki, Tacikistanı təmsil edən gənc ifaçı
Firdovs Nemətov milli muğamımızın şahı sayılan "Qarabağ
şikəstəsi"ni ifa edəcək.
Sifai SƏFƏROVA |