Yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil
müəssisəsində 1304687 nəfər şagird təhsil alacaq.
Onların təlim-tərbiyəsi ilə 150998 müəllim məşğul
olacaq.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
330 ümumi təhsil məktəbi fəaliyyət göstərir. Həmin
məktəblərdə 29870 müəllim 311695 şagirdin
təlim-tərbiyəsi ilə məşğuldur.
Azərbaycanda 108 ilk peşə-ixtisas təhsili müəssisəsi
vardır. Bu müəssisələrdə 28587 şagird təhsil alır, 4062
nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 nəfər
istehsalat təlimi ustası fəaliyyət göstərir.
2012-2013-cü dərs ilinə ümumtəhsil məktəblərinin I-III
və V-XI sinifləri üçün 194 adda 4018990 nüsxə dərslik və
müəllim üçün metodik vəsait çap olunub. |