Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Bakının Xəzər rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir təhsil ocağı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

 

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilmişdir.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan birinci xanıma məlumat verildi ki, bu təhsil ocağı 1962-ci ildən fəaliyyət göstərir. İndiyədək məktəbin binasında əsaslı təmir işləri aparılmamışdı. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılmışdır. Ümumi sahəsi dörd hektar olan və 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən - tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompüter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır.

Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilmişdir. Stadionda uşaqlar idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər.

Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. Üçmərtəbəli binada geniş və işıqlı yeməkxana, yuxarı mərtəbələrdə isə 10 yataq, 18 istirahət, kompüter otaqları, həmçinin həkim kabineti vardır. Bu təhsil ocağında valideynlər üçün də xüsusi guşə ayrılmışdır. Həmin guşədə onların istirahəti və gecələməsi üçün də şərait yaradılmışdır.

 Azərbaycanın birinci xanımı görülmüş işlərdən razılığını bildirdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov