Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 14-də Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.

Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik məktəbin binası 1968-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağında təmir işləri aparılmamışdır. Məktəbin əsaslı surətdə yenidən qurulmasına 2012-ci ildə Dövlət Proqramına uyğun olaraq başlanılmışdır.

Diqqətə çatdırıldı ki, burada sinif otaqları müasir standartlara uyğun şəkildə təmir edilmişdir. İnventarlar yeniləri ilə əvəz olunmuş, fənn kabinetləri lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin istilik sistemi müasir qaydada yenidən qurulmuş, fasiləsiz isti və soyuq su ilə təmin olunmuşdur. Əsaslı təmir zamanı işıqlandırma sistemi də müasirləşdirilmişdir. İdman və akt zallarında, yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait yaradılmışdır.

Qeyd edildi ki, təhsil ocağının yerləşdiyi 1,7 hektar ərazidə abadlıq və quruculuq işləri həyata keçirilmiş, 1,2 min kvadratmetr sahəyə asfalt salınmışdır.

Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı məktəbdə təhsilin yüksək səviyyədə aparılması barədə tapşırıq və tövsiyələrini verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov