Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Zirə qəsəbəsində 120 nömrəli məktəb üçün beş korpusdan ibarət yeni bina tikilib

 

Sentyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonu Zirə qəsəbəsində yeni inşa edilən 1404 şagird yerlik Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Mehriban xanım Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu.

Məlumat verildi ki, məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır. 1960-cı ildə tikilən iki korpusdan ibarət məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin avqustunda sökülərək yerində 5 korpuslu yeni təhsil ocağı inşa edilmişdir. Hazırda məktəbdə 1404 şagirdin təhsil almaq imkanı vardır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sinif otaqlarına və fənn kabinetlərinə baş çəkdi. Məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, elektron kitabxana, kompüter və linqafon otaqları, akt və konfrans, şagirdlər üçün istirahət zalları, yeməkxana, bufet, müəllim otaqları yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilmişdir.

Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondu ölkədə təhsil sektorunun inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə öz töhfələrini verməkdə davam edir. Məktəblərin əyani vəsaitlərlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunması diqqət mərkəzində saxlanılmışdır.

Diqqətə çatdırıldı ki, təhsil ocağının həyəti abadlaşdırılmış, bəzək kolları və dekorativ ağaclar əkilmişdir. Burada şagirdlər üçün istirahət guşələri yaradılmışdır.

Azərbaycanın birinci xanımı yeni inşa edilən idman meydançası ilə də tanış oldu. 52 tamaşaçı yeri olan meydançaya süni ot örtüyü döşənmişdir. Burada qaçış zolağı, basketbol, voleybol, tennis və mini-futbol meydançaları da vardır. Meydançada, həmçinin hərbi hazırlıq təlimlərinin keçirilməsi də mümkündür. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov