Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Bakının Binə qəsəbəsində yeni məktəb istifadəyə verilib

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin açılış mərasimində iştirak edib 

Sentyabrın 14-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş 326 nömrəli tam orta məktəbin açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Mehriban xanım Əliyeva 2010-cu ildə təməlini qoyduğu məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, tam orta məktəb binası 880 şagird yerlikdir. Müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 44 sinif otağı, bundan əlavə, fənn kabinetləri və laboratoriyalar, kompüter otağı, kitabxana, idman zalı, yeməkxana, akt zalı vardır.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğının əks olunduğu fotostendlər yaradılmışdır. Məktəbdə Azərbaycanda ilk dəfə olaraq elektron məlumat lövhəsi quraşdırılmışdır.

Digər özəlliklərdən biri də ibtidai və yuxarı sinif şagirdlərinin məktəbdə fərqli korpuslarda təhsil almalarıdır. Bu addım balacaların təhlükəsizliyi məqsədilə atılmışdır. Həmçinin bu il birinci sinfə gedəcək körpələrə Fond tərəfindən çanta hədiyyə olunmuşdur.

Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılmışdır. Burada həmçinin futbol, voleybol, basketbol meydançaları tikilmişdir.

Sinif otaqları ilə tanış olan Mehriban xanım Əliyevaya bildirildi ki, məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı təmin edilmişdir. Həmçinin şagirdlərin düzgün və vaxtında qidalanmaları üçün 60 yerlik yeməkxana da fəaliyyət göstərəcəkdir.

Azərbaycanın birinci xanımı ikinci mərtəbədəki fənn kabinetləri, 200 yerlik akt zalı, xoreoqrafiya və dramaturgiya kabinetləri, rəsm və rəsmxət otağı, kitabxana, kompüter otaqlarına da baxdı. Mehriban xanım Əliyeva buradan həyətdə inşa olunmuş stadionu da nəzərdən keçirdi.

Üçüncü mərtəbədəki gənclərin çağırışaqədər hazırlığı, məktəbdənkənar tərbiyə otağı, laboratoriyalar və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş yeni məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla yanaşı, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin etmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov