Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsindəki texniki peşə məktəbinin açılışında iştirak edib

 

Sentyabrın 14-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olmuşdur.

 Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak etmişdir.

 Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

 Mehriban xanım Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxdı.

 Foyedə ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşədə ümummilli liderin abidəsi qoyulmuşdur. Abidə xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.

 Azərbaycanın birinci xanımına məlumat verildi ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil vermişdir.

 Bildirilmişdir ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişmiş, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoymuşdur. 5 nömrəli texniki peşə məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotelemontajçılar, səs operatorları, teatr, kino və telestudiya dekoratorları, dərzilər, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaqdır.

 Burada təhsil ikiillikdir. Bu il məktəbə ilk qəbul aparılmışdır və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-yə çatacaqdır. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcəkdir.

 Məktəbin yeməkxanası ilə tanış olan Mehriban xanım Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan razılığını bildirdi.

 Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxdı. Məlumat verildi ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.

 Mehriban xanım Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış oldu.

 Kitabxana ilə tanışlıq zamanı bildirildi ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də vardır.

 Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilmişdir. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilmişdir. İdman zalının divarlarını ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqəti əks etdirən fotoşəkillər bəzəyir.

 Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirdi, burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd etdi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov