Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

 Ötən iki ayda Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 3581 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 2012-ci ilin iyul ayında 2385, avqust ayında isə 1196 müraciət daxil olub.

İyul və avqust aylarında sorğu xarakterli müraciətlər çoxluq təşkil edir. Sorğuların əksəriyyətində ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, vaxtından əvvəl I sinfə şagird qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb. Digər sorğularda xaricdə təhsil, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, orta məktəb müəllimlərinin əməkhaqqının, məzuniyyət pulunun hesablanması ilə əlaqədar olub. Bütün bu sorğular "Qaynar xətt" xidmətinin növbətçiləri tərəfindən qeydiyyata alınaraq müvafiq qaydada cavablandırılıb.

İyul ayında daxil olan müraciətlərin 2278-i telefonla, 107-si elektron poçt vasitəsilə qəbul edilib.

Belə ki, ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 1579, vaxtından əvvəl I sinfə qəbul üzrə 231, xaricdə təhsil üzrə 218, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 57, müəllimlərin əməkhaqqının hesablanması ilə bağlı 43, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 17 sorğu cavablandırılıb. Müxtəlif mövzular üzrə sorğu xarakterli digər müraciətlərə də müvafiq cavablar verilib.

Bir sıra müraciətlərdə ümumi təhsil, ali və orta ixtisas təhsili müəssisələrindəki problemlərdən bəhs olunub. Bu qəbildən olan 17 müraciət əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

İyul ayında "Qaynar xətt" xidmətinə daxil olan şikayət xarakterli müraciətlərin 2-si Bakı, hər birindən 1 müraciət olmaqla Gəncə və Sumqayıt şəhərləri, hər birindən 1 müraciət olmaqla Abşeron, Hacıqabul, Kəlbəcər, Şamaxı, Şəki, Quba, Göyçay, İmişli, Bərdə, Neftçala və Masallı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olmuşdur. Müraciətlərdə ümumi təhsil məktəb məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə şəhadətnamə və attestatların verilməsi, təhsil sənədlərinin verilməsi, müəllimlərin işə qəbulu, müəllimlərin əməkhaqqının, məzuniyyət pulunun verilməsi və digər məsələlər öz əksini tapıb.

Ali və orta ixtisas təhsili müəssisələrindəki nöqsanlara dair daxil olan müraciətlərdə imtahan nəticələrindən narazılıq, diplomların məzunlara verilməsinin gecikdirilməsi, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əks olunub.

Avqust ayında daxil olan müraciətlərin 1122-si telefonla, 74-ü elektron poçt vasitəsilə qəbul edilib. Həmin müraciətlərin əksər hissəsi sorğu xarakterli olub. Belə ki, müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti (bir məktəbdən digərinə yerdəyişmə, məktəbli forması, ümumi təhsil məktəblərində dərs ilinin başlanmasına dair və s.), 668-i müəllimlərin işə qəbulu, 177-si I sinfə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə digər məsələlərlə əlaqədardır.

Ötən ay baxılmış 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub.

Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib. Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır.

Daxil olan bütün müraciətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb. Bu aylar ərzində qəbul edilmiş şikayət xarakterli müraciətlərin əksəriyyətinin araşdırılması zamanı onların anonim olduğu müəyyən edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov