Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

 Bakıda 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılıb

 

Sentyabrın 20-də Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, müvafiq qurumların, ayrı-ayrı ölkələrin Azərbaycandakı diplomatik korpusu nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov sərginin əhəmiyyətindən danışmış, onun iştirakçılarının sayının ilbəil artdığını vurğulamış, təşkilatçılara təşəkkürünü bildirmişdir.

Qeyd olunmuşdur ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılmışdır.

Müasir dünyada təhsilin önəmli rolundan bəhs edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov Azərbaycanda bu sahəyə xüsusi əhəmiyyət verildiyini vurğulamışlar.

Respublikamızın dinamik inkişaf etdiyini xatırladan natiqlər, eyni zamanda, azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində də uğurla təhsil aldıqlarını diqqətə çatdırmış, gənclərə tövsiyələrini vermişlər.

Sonra sərgi barədə məlumatlar verilmiş, tədbir iştirakçıları, gənclər sərgi ilə tanış olmuşlar.

Bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Sərgidə dünyanın 20 ölkəsinin, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya Respublikası, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiyanın ayrı-ayrı ali təhsil müəssisələri barədə məlumatlar verilir.

Burada Litva ölkənin 11 məşhur təhsil müəssisəsi ilə çıxış edir. Belarus Milli Qrupuna bu ölkənin ən böyük şəhərlərinin 8 ali təhsil müəssisəsi daxil olmuşdur. Ukrayna 6 qabaqcıl universitetini təqdim edir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim edilir.

Sərgi iştirakçılarının tam siyahısı ilə www.education.iteca.az veb-saytında tanış olmaq mümkündür.

"Təhsil və Karyera 2012" sərgisinə giriş yalnız 11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr, onların valideynləri, həmçinin bu sahənin peşəkarları üçün açıqdır. Ekspozisiyanın əsasını xaricdə bakalavr və MBA (biznes menecmenti üzrə magistr) təhsili proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri təşkil edir.

Sərgidə aparıcı ali təhsil müəssisələri və biznes məktəblərinin nümayəndələri ilə şəxsən ünsiyyət qurmaq, təqdim edilən ölkələrdə ali məktəblərə qəbul və təhsil üzrə şərtlər, habelə təhsil qiymətləri, təqaüdlər, qrantlar və s. barədə ilk mənbədən məlumat əldə etmək olar.

Builki sərgini fərqləndirən özəl məqamlardan biri də Avropanın məşhur "Springer International Publisher" (Almaniya) nəşriyyat evinin elmi ədəbiyyata həsr edilmiş geniş ekspozisiyası olmuşdur.

İşgüzar proqram çərçivəsində sentyabrın 21-də "Ukraynada ali təhsil" mövzusuna həsr edilmiş 3 saatlıq seminar keçiriləcəkdir. Azərbaycan gənclərinin həmin ölkədə təhsilə artan marağını nəzərə alaraq, bu seminar Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aparıcı mütəxəssislər tərəfindən keçiriləcəkdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgidə "Karyera" sektorunda gənclərin qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin iştirakını təşkil edir. Burada mütəxəssislər iş axtaran gənclərə məsləhətlər verir və kömək göstərirlər.

Sərgi "Iteca Caspian LLC" və onun tərəfdaşı "ITE Group plc" şirkətləri tərəfindən təşkil edilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov