Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

ADU-da I kurs tələbələri ilə görüş keçirilib

 

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində   "Bilik günü" münasibətilə   rektor, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşdü. ADU-nun akt zalında keçirilən görüş Azərbaycanın Dövlət himninin səslənməsi ilə başladı. Sonra rektor Səməd Seyidov "Bilik günü" münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik etdi. Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzuladı. ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə çalışacaqlarını dedi. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verdi. Dövlət başçısı tərəfindən təhsilə, gəncliyə xüsusi qayğı göstərildiyini deyən   S.Seyidov bildirdi ki, dövlətin təhsilə diqqət və qayğısı  bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. O, ümummilli lider Heydər Əliyevin  siyasi kursunu uğurla davam etdirən dövlət başçısı  İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısının, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanların  ardıcıl və müntəzəm xarakter daşıdığını vurğuladı. 

Rektor Cənubi Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin ADU-da fəaliyyət göstərdiyinə və kompleksdə tələbələrin təhsili üçün bütün şəraitin yaradıldığına diqqət çəkdi. Yeni tədris ilində ADU-da bir neçə yeni ixtisasın da açıldığını deyən S.Seyidov ilk dəfə olaraq  universitetdə  çinşünaslıq və jurnalistika ixtisası üzrə tələbə qəbulu həyata keçirildiyini bildirildi.  Bu yaxınlarda universitetdə Çin Mərkəzinin fəaliyyət göstərəcəyi də  bildirildi.  Boloniya prosesi haqqında  danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil   müəssisələrində davam etdirdiklərini nəzərə çatdırdı. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğuladı: "Sizdən bir məsələ tələb olunur: Oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaqla, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq". Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor S.Seyidov tələbələri  universitetin ictimai həyatında fəal olmağa çağırdı.

ADU-nun məzunu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri  (ATGTİ) Şahin İsmayılov isə çıxışında universitetdə  gənclərə olan diqqət və  qayğıdan danışdı və  rəhbərliyə öz təşəkkürünü bildirdi.Qeyd edildi  ki, yeni tədris ilində  ən gənc tələbə ADU-da təhsil alacaq. Universitetin 1 saylı ingilis dili fakültəsinə qəbul olan Ulduz Salahlının 15 yaşı var.

Sonra 665 balla  ADU-nun filologiya fakültəsinə qəbul olan  Sevil Süleymanova  çıxış edərək tələbə yoldaşlarına uğurlar arzuladı və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.

Valideynlər adından danışan 2 saylı ingilis dili fakültəsinə 635 balla qəbul olan Səbunə Hüseynovanın atası Rəfqan Hüseynov isə övladının ADU-ya daxil olmasından şərəf hissi keçirdiyini dilə gətirdi. Əmin olduğunu bildirdi ki, gənclər öz təhsillərini başa vuraraq Azərbaycana layiqli vətədaş  kimi xidmət edəcəklər.

 Sonra yüksək balla universitetə daxil olmuş gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim edildi.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov