Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Tələbələr yaxşı oxuyacaqlarına söz verdilər

 

Sentyabrın 15-də ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi, Lənkəran Dövlət Universitetində də yeni dərs ili - "Bilik günü" qeyd edildi.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik edərək ali təhsil ocağı haqqında məlumat verdi.

Universitetin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas, valideynlər adından Əbdülhüseyn Ağayev  çıxış edərək tələbələri təbrik etdilər, onlara elm və təhsildə uğurlar arzuladılar.

Tələbələr adından çıxış edən, 580-dən çox balla ali məktəbə daxil olmuş Sara Ağayeva, yuxarı kurs tələbələrindən Ülkər Salayeva, Sevinc Şirzadova ürək sözlərini söyləyərək, təhsildə və universitetin ictimai həyatında fəal iştirak edəcəklərinə söz verdilər.

Universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə bileti təqdim edildi.

Sonda universitet bədii özfəaliyyət kollektivinin çıxışı oldu.

Həmin gün universitetdə  birinci kurs tələbələrinin valideynləri ilə də görüş keçirildi. Universitetin rektoru, professor Asəf İsgəndərov valideynləri universitet həyatı ilə tanış etdi və maraqlandıqları suallara cavab verdi.

Tədbirdə rayonun təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.  

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universitetinin Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov