Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

AMİ-nin Şamaxı filialında bayram tədbiri

 

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında 15 sentyabr - "Bilik günü"nə həsr olunmuş tədbirdə professor və müəllim heyəti, tələbə və valideynlər "Məktəb illəri" mahnısının  sədaları altında toplaşdılar.

Tədbiri giriş sözü ilə  filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru T.Yusifova  açaraq bütün təhsil işçilərini, tələbə və valideynləri "Bilik günü" münasibəti ilə təbrik edərək bildirdi ki, bu, ölkəmizin həyatında çox əlamətdar hadisədir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Təhsil sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur". Ona görə də bütün fəaliyyətlərin təhsilə istiqamətlənməsi, onun humanist prinsiplər əsasında qurulması əhəmiyyətli hesab edilir.

Natiq bildirdi ki, ulu öndərimiz Heydər Əliyev daim müəllimə, müəllim hazırlığına yüksək qiymət verib, müəllim adını ən yüksək ad hesab etmişdir. Bu gün ümummilli liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev təhsilin inkişafına yüksək diqqət və qayğı göstərir.

T.Yusifova qeyd etdi ki, bu gün I kurs tələbələri üçün xüsusilə əlamətdar bir gündür. Çünki sizin qarşınızda yeni bir yol açılır. Arzu edirəm ki, gələcəyin layiqli müəllimləri, vətənpərvər vətəndaşları olasınız. Bunun üçün siz gərək ali təhsil dövründən səmərəli istifadə edəsiniz.

Filialın yeni tədris ili tamamilə yeni məzmunda başlayır. Belə ki, maddi-texniki baza gücləndirilmiş, auditoriyalar yenidən qurulmuş, ən vacibi isə filialın binası istilik sistemi ilə təchiz edilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yeni tədbirlər planı işlənib hazırlanmışdır.

Tədbirin acılışından sonra Dövlət himn səsləndirildi.

Sonra tədbirdə I kurs tələbələrinin valideynlərindən Cəfər Hümbətov və Nizami İsmayılov cıxış edərək övladlarını və  onlarla birgə bu ada  layiq görülən tələbələri təbrik etdilər, ən xoş arzularını bildirdilər. 

Filialın Tələbə Gənclər Təşkilatının sədr müavini Xaliq Tapdıqzadə, riyaziyyat və informatika ixtisasının məzunu  Aygün Məmmədova, yeni tələbə adını qazanmış Ağapaşa  İsmayılov və Vəfa Hüseynova da  çıxış edərək öz sevinclərini tədbir iştirakçıları ilə bölüşdülər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov