Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Azərbaycan Müəllimlər İnstitutunda "Bilik günü"

 

Sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda "Bilik günü" və 2012-2013-cü tədris ilinin başlanması münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl AMİ-nin professor-müəllim heyəti, qonaqlar və tələbələr institutun Heydər Əliyev Mərkəzini ziyarət etdilər  və ulu öndərin büstü önünə əklil qoydular.

İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək yeni dərs ilinin başlanmasının mühüm ictimai-siyasi hadisə və hər bir ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirdi. Rektor təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil, gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğuladı.

Professor A.Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin və müasir standartlara cavab verən tədris korpusunun, yataqxana binasının yeni dərs ilində tələbələri qarşılamağa tam hazır olduğunu tədbir iştirakçılarının  diqqətinə çatdırdı. 2012-ci ildə AMİ və onun filiallarına ümumilikdə 1788 tələbə qəbul olunmuşdur. Rektor  "Bilik günü" münasibətilə bütün müəllim həmkarlarını, tələbələri təbrik etdi, onlara uğurlar, sürətlə inkişaf edən dövlətimiz, millətimiz adına gözəl nailiyyətlər əldə etməyi arzuladı.

Dövlət himni səsləndirildikdən sonra institutun təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müdiri, professor Ramiz Məmmədzadə çıxış edərək müəllim və tələbələri təbrik etdi, onlara şərəfli müəllim peşəsinə yiyələnməyin əhəmiyyətindən söz açdı. Bu gün cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə düşən böyük vəzifələr haqqında danışdı, tələbələrə öz tövsiyələrini çatdırdı.

Daha sonra tədbirdə çıxış edən məzunlar, yüksək balla instituta qəbul olmuş birinci kurs tələbələri və valideynlər öz sevinclərini bölüşdülər, yüksək təhsil almaq üçün yaradılan şəraitə görə institutun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda yüksək balla instituta qəbul olmuş bir qrup gəncə tələbə bileti təqdim edildi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov