Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

"İstedad" sıralarına yeni istedadları qəbul etdi

 

Respublikamızın hər yerində, bütün təhsil müəssisələrində olduğu kimi, sentyabrın 15-də Sumqayıt şəhərindəki humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyində də - "Bilik günü"nə və yeni tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə Dövlət himni səslənmişdir. Sonra liseyin direktoru Adilə Süleymanova əlamətdar hadisə münasibətilə məktəbliləri və pedaqoji kollektivi təbrik edərək onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov, şəhər təhsil şöbəsinin nümayəndəsi Səadət Quliyeva, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, dosent Rəhilə Əhmədova və başqaları çıxış edərək təhsil sahəsində köklü islahatların və onun dünya təhsil sisteminə inteqrasiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yenidən qurulması və yeni məktəblərin tikilərək istifadəyə verilməsi istiqamətində mühüm addımlar atıldığını, göstərilən sferaya dövlət qayğısının ilbəil artdığını bildirmişlər.

Xüsusilə qeyd olunmuşdur ki, bu yüksək diqqət və qayğı sayəsində son illər təhsilin keyfiyyəti xeyli yüksəlmiş, bunun məntiqi nəticəsi olaraq nəinki Sumqayıt şəhərinin, eləcə də respublikamızın ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmiş "İstedad" liseyi ötən tədris ilini də yüksək göstəricilərlə başa vurmuşdur. Belə ki, liseyin ötənilki məzunlarının hamısı test imtahanlarını müvəffəqiyyətlə verərək ali məktəblərə qəbul olunmuş, onlardan 2-si 650-dən çox bal toplamışdır.

Daha sonra liseyin şagirdləri öz istedadlarını poeziya və bədii yaradıcılıq sahəsində də göstərmiş, şeirlər söyləmiş, müxtəlif musiqi parçalarını və rəqsləri ifa  etmişlər. Sonda ilk zəng çalınmışdır. Birinci sinif şagirdləri ilk dəfə otaqlara daxil olmuşlar. Liseyin direktoru A.Süleymanova bir daha birinciləri yeni dərs ili münasibətilə təbrik etmiş, uğurlar diləmiş, onların bu qabaqcıl tədris müəssisəsinin ənənələrini layiqincə davam etdirəcəklərinə əminliyini vurğulamışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov