Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Sumqayıtda "Açıq əyləncəli futbol məktəbi" layihəsinin icrasına başlanılıb

 

Sumqayıtın əsas idman meydanı - Mehdi Hüseynzadə adına şəhər stadionu sentyabrın 16-da "Açıq əyləncəli futbol məktəbi" layihəsinin iştirakçılarının, əsasən məcburi köçkün ailələrindən olan 7-12 yaşlı təxminən 150 oğlan və qızın ixtiyarına verilmişdir.

Açılış mərasimindən sonra layihənin milli əlaqələndiricisi, FİFA-nın hakimi Kərim Ağayev AzərTAc-a demişdir ki, Azərbaycanda həmin layihə "Kütləvi futbol" beynəlxalq proqramı çərçivəsində 2002-ci ildən, Sumqayıtda isə səkkizinci dəfədir keçirilir. K.Ağayev demişdir: "Təşkilatçılar - Danimarkanın humanitar təşkilatı UEFA ilə birlikdə əsas etibarilə münaqişəli bölgələrdə qaçqınlar, məcburi köçkünlər və müharibə əlillərinin uşaqları üçün "Açıq əyləncəli futbol məktəbi"nin proqramına daxil olan silsilə tədbirlər təşkil edir. Qardaşlıq, dostluq və sağlamlığın rəmzi olan bu layihə ölkəmizdə AFFA-nın təşkilati dəstəyi ilə həyata keçirilir". "Açıq əyləncəli futbol məktəbi" çərçivəsində Sumqayıtda start götürən tədbirlər Qusar, Ağdam, Bərdə, Yevlax, Oğuz, Masallı, Astara, Yardımlıda, respublikanın digər bölgələrində də keçiriləcəkdir.

Danimarka humanitar təşkilatının təqdim etdiyi idman forması geyinmiş tədbir iştirakçıları meydanda sektorlar üzrə toplaşmışlar. Onlar musiqi sədaları altında müxtəlif tapşırıqlar yerinə yetirmişlər: estafetlər, driblinq, fintlər, hərəkətli vəziyyətdə top ötürmə, ipatdı. Bunun üçün onlara müxtəlif idman inventarı və ləvazimatı verilmişdir. Fasilədə uşaqları şirniyyata və sərinləşdirici içkilərə qonaq etmişlər. Uşaqları xüsusi treninqlərdən keçmiş təlimatçılar və məşqçilər müşayiət etmişlər.

Şəhər polis idarəsinin əməkdaşları ilk dəfə valideynlər üçün uşaqlar arasında cinayətkarlığın profilaktikası üzrə seminar keçirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov