Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Qubada şahmat üzrə Respublika çempionatı başa çatıb

 

 Bu günlərdə "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini, əməkdar bədən tərbiyəsi və idman xadimi İbrahim Məmmədovdan aldığımız məlumatda bildirilir ki, 28 avqust - 6 sentyabr tarixlərində Quba rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika çempionatı keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd şahmat idman növünə məktəblilərın marağının daha da artırılması, şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramının icrası və 2013-cü ildə Serbiya və Yunanıstanda məktəblilər arasında keçiriləcək Avropa və Dünya çempionatlarına vəsiqə qazanmaqdır.

Respublika çempionatında ölkəmizin şəhər və rayonlarından 289 şahmatçı - 195-i oğlan, 94-ü isə qız olmaqla hər biri ayrılıqda 6 yaş qrupunda mübarizə aparıb.

İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən çempionatda  6 yaş qrupu üzrə birinci yeri tutan 6 oğlan və 6 qız şahmatçı məktəblilər arasında Dünya, ikinci yeri tutan 6 oğlan və 6 qız isə Avropa çempionatlarına vəsiqə qazanıb. 7- 17 yaşlı şahmatçılar arasında  Bakı, Sumqayıt şəhərlərindən, Quba, Neftçala, Biləsuvar və Ucar rayonlarından olan oğlan və qızlar 1, 2 və 3-cü yerləri tutublar.

Yarışın təntənəli açılış və bağlanış mərasimlərində Təhsil Nazirliyinin, "Təhsil" Respublika İdman Mərkəzinin, Azərbaycan Şahmat Federasiyasının və Quba rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Qaliblər Təhsil Nazirliyinin müvafiq dərəcəli medalları, diplomları və hədiyyələri ilə təltif olunublar. 

ƏDALƏT 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov