Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Tələbələr Oğuz rayonunda yay məktəbində olublar

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün yay məktəbinin 2-ci turu çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi Oğuz rayonunda olmuşdur. Həmin turda iştirak edən ali təhsil ocağının II kurs tələbələrindən Həsən Hüseynov söhbət zamanı dedi ki, məqsəd müxtəlif mövzuların diskussiyalarının, intellektual oyunların təşkil edilməsi, eləcə də tələbələrin Oğuz rayonunun gəzməli yerləri ilə tanış olmalarından ibarət idi. İlk gün tələbələrə ölkəmiz, səfər etdikləri region, YAP-ın Gənclər Birliyinin keçirdiyi yay məktəbinin mahiyyəti barədə məlumat verilmişdir. Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş keçirilmişdir. Görüşdə YAP Gənclər Birliyinin  sədri Seymur Orucov professor Əli Həsənova yay məktəbinin layihəsində iştirak etdiyi üçün rəhbərlik etdiyi təşkilat adından minnətdarlığını bildirmişdir. Sonra çıxış edən Ə.Həsənov yay məktəbində iştirakından məmnunluğunu bildirib. Mövzu ilə bağlı fikirlərini ifadə edən professor Ə.Həsənov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, bizlərə miras qoyduğu düzgün yolun hər birimiz üçün örnək olduğunu demişdir.

Yay məktəbi ərəfəsində "Gələcəyə baxış inkişaf konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya təşkil edilib. Diskussiyada gənclərin ölkəmizin gələcək inkişafındakı rolu müzakirə olunub. Daha sonra informasiya-kommunikasiya texnologiyalarının müasir imkanlarından səmərəli istifadə, eləcə də sosial şəbəkələr haqqında seminar-diskussiya keçirilib. Sosial şəbəkə nədir, səhifədə işləmə qaydaları, şərhlərin verilməsi, məlumat toplamaq, qrup və bloqların yaradılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində gənclər ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Şəki şəhərində yerləşən möhtəşəm tarixi abidə olan Xan sarayında da olublar. Gənc siyasətçilərə sarayın tarixi haqqında ətraflı məlumat verilib.

Məlumat üçün onu da deyək ki, YAP Gənclər Birliyinin Naxçıvandan olan üzvləri bölgələrimiz haqqında slaydşou nümayiş etdirmişlər. Onlar layihə iştirakçılarını Naxçıvanın tarixi abidələri ilə tanış etmiş və hər biri haqqında geniş məlumat vermişlər. Bundan başqa, Naxçıvanın yetişdirdiyi tarixi şəxsiyyətlər barədə də tədbir iştirakçılarını məlumatlandırmışlar. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov