Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

18 nömrəli məktəbdə 3D texnologiyasının təhsildə tətbiqi layihəsinin təqdimatı oldu

 

Sentyabrın 25-də Bakı şəhərindəki Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə 3D texnologiyasının təhsildə tətbiqi layihəsinin təqdimat mərasimi oldu.

Tədbirdə Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı, məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak edirdilər.

Təhsil ocağı ilə tanışlıq ulu öndər Heydər Əliyev adına məktəb-muzeyindən başladı. Burada çıxış edən məktəbin direktoru Vaqif Hüseynov bildirdi ki, bina hələ 1966-cı ildə təmir olunub. 1998-ci ildən isə məktəb kimi fəaliyyət göstərir. O vaxtdan burada belə genişmiqyaslı yenidənqurma işləri aparılmayıb. Möhtərəm Prezident İlham Əliyevin sərəncamına əsasən məktəbdə 2012-ci ildə həyata keçirilən yenidənqurma işləri zamanı əlavə üçmərtəbəli yeni korpus inşa olunub. Əsas korpusa daha bir mərtəbə də əlavə edilib. Binanın 6-cı mərtəbəsində 168 yerlik akt zalı, yeməkxana, kitabxana, müasir oxu zalı istifadəyə verilib. Məktəbdə yaratdığımız Heydər Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, sənədlər və fotolar toplanıb. Muzeydə ümummilli liderin 1997-ci ildə məktəbimizdə keçirilən "Bilik günü"nə həsr olunan tədbirdə iştirakı zamanı çəkilmiş fotolar hamıda böyük maraq oyadır.

İndi tədris ocağında 1670 şagirdin təlim-tərbiyəsi ilə 158 müəllim məşğul olur. 59 otaq, o cümlədən 41 sinif otağı var. Eyni zamanda, məktəbdə müasir tələblərə cavab verən fizika, kimya, linqafon, informatika, biologiya, təsviri incəsənət, Azərbaycan, rus və alman dili kabinetləri fəaliyyət göstərir. Sinif otaqlarında elektron və smart lövhələr quraşdırılıb ki, bu da tədrisin yüksək səviyyədə keçməsinə geniş imkan yaradır.

Həmin gün tədbir iştirakçıları müasir tələblərə cavab verən müəllimlər otağı, akt, oxu və idman zalları, yeməkxana ilə tanış olduqdan sonra 3D texnologiyası ilə dərs keçilən biologiya kabinetinə yığışdılar. Burada fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru Lalə Qurbanova VIII sinifdə biologiya dərsi aparırdı. Lalə müəllim bu yeni texnologiyanın əhəmiyyətindən danışaraq bildirdi ki,  3D effektli dərs vəsaiti respublikamızda ilk dəfə olaraq bizim məktəbdə biologiya dərsində tətbiq olunur. Hələlik dərs vəsaiti VI-IX siniflərdə tətbiq olunacaq. Dərs vəsaiti müxtəlif effektivlərlə təchiz olunub. Yeni layihə dərsə diqqət və marağın artırılması nöqteyi-nəzərindən çox maraqlıdır. Bu dərs vəsaitinin effektivliyi ondan ibarətdir ki, onun vasitəsi ilə bir neçə tabloda verilən məlumatı bir ekranda göstərmək mümkündür. Məsələn, ekranda görünən qurbağanı hərəkətə gətirməklə onun skeletini, əzələ sistemini, daxili orqanlarını və s. stereo görüntü şəklində seyr etmək mümkündür. Həmin görüntüləri geri qaytarıb mövzunu yenidən təkrarlamaq da  olur. Əlbəttə, bütün bunlar həm kompüterin köməyi ilə, həm də ekranda yerinə yetirilir. Cihazın köməyi ilə şagirdlərdən dərs soruşmaq, qiymətləndirmək üçün də istifadə olunur. Hazırda yenicə başladığımız dərsə məktəbdə çox böyük maraq var.  Gələcəkdə fizika, kimya, coğrafiya və astronomiya dərsləri də bu cihazın vasitəsi ilə keçiləcəkdir.

Sonda 3D texnologiyasının təhsildə tətbiqi layihəsinin əhəmiyyətindən danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı  bildirdi ki, bu gün Bakının bütün məktəbləri kompüterlərlə təmin olunub, 40-dək məktəbdə elektron lövhələr quraşdırılıb. 3D stereo görüntülü texnologiyalar əsasında lövhələrin quraşdırılması isə Azərbaycan təhsilində yenilikdir. Hələlik bir məktəbdə quraşdırılsa da, onun gələcəkdə digər təhsil ocaqlarında da tətbiq olunması nəzərdə tutulur. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov