Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Beynəlxalq musiqi festivalının açılışı olub

 

Müslüm Maqomayev adına  Azərbaycan Dövlət Filarmoniyasında  Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin  təşkilatçılığı ilə keçirilən  Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalının  açılış mərasimi olub.  Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Tanrının Azərbaycan  xalqına bəxş etdiyi  misilsiz bir töhfə kimi səciyyələndirib. Bildirib ki, onun yaradıcı irsi  bütün bəşəriyyət üçün  çox dəyərli və mənəvi  sərvətdir. Dahi Üzeyirin əsərləri  dünyanın ən möhtəşəm  teatrlarının səhnələrində tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən  sevilə-sevilə ifa olunur. Çünki onun əsərləri milli olduğu qədər də bəşəridir. Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli  IV Beynəlxalq musiqi festivalında  Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya və İtaliyadan gələn dünya şöhrətli  musiqiçilər və kollektivlər  iştirak edirlər.

Festivalın açılış mərasimində  Üzeyir Hacıbəyli adına  Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında  geniş konsert proqramı  təqdim edilib. Azərbaycan Dövlət  Xor Kapellasının da çıxış etdiyi konsertdə   Ü.Hacıbəylinin "Koroğlu" operasından  uvertüra, III akt və "Şeyx Sənan" operasından fraqmentlər, həmçinin S.Prokofyevin violin və orkestr üçün 2 saylı  konsert səsləndirilib. Festival  sentyabrın 29-dək davam edəcək. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov