Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

2012-ci ildə 17021 təhsil işçisi İKT-nin tətbiqi üzrə təlimlərdən keçəcək

 

2012-ci ilin sonunadək 17021 təhsil işçisi informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə təlimlərdən keçəcək. Bu barədə redaksiyamıza "Mədəd Azərbaycan" təşkilatının direktoru Vüsal Xanlarov məlumat verib. Onun sözlərinə görə,  "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində    indiyədək 110601 təhsil işçisi təlimlərə cəlb olunub ki, bu da pedaqoji kadrların 73 faizini təşkil edir.

V.Xanlarov bildirir ki, təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə ilin sonunadək 12890 müəllim və 1000 nəfər inzibati idarəetmə heyəti iştirak edəcək.

"Elektron məktəb" layihəsi üçün seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərdə 250 müəllimin iştirakı nəzərdə tutulub. 150 müəllim "1 şagird - 1 kompüter" layihəsi,  531 müəllim "Həmkara dəstək" layihəsi, 200 müəllim isə "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə təlimlərə cəlb olunacaq.

Bundan əlavə, orta ümumtəhsil məktəblərinin seçilmiş heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə treninqlərə 2000 nəfərin cəlb edilməsi 2012-ci ildə planlaşdırılmışdır. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov